6 Aprel 2016 18:33

Bu gün yazıçı Əkrəm Əylisli müstəntiqin çağırışı ilə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsində olub. Əkrəm Əylisli əvvəlcə şübhəli şəxs qismində, daha sonra təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Bu barədə Teleqraf.com-a Əkrəm Əylisinin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil qeyd edib ki, yazçı barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib: “İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub.

Zərbə nəticəsində Seyidov Nihal Azər oğlunundöş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə soğlun göymütül qançır yaranıb”.

Vəkil qeyd edib ki, Əkrəm Əylisli ittihamları qəbul etməyib: “Əkrəm Əylisli bildirib ki, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etməyib, belə hərəkətləri etməyə yaşının, fiziki durumunun və mənənəvi durumunun imkan vermədyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirib. İstintaq hələ davam edir”.

Hacı Zeynalov


Müəllif:
Загрузка...