7 Aprel 2016 09:39

Zaqatala rayonunda yanğın faktı qeydə alınıb.

Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Car kəndində vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan bir mərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 9 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın 07:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...