7 Aprel 2016 10:43
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda kirayədə yaşayan gənc xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər sakini, 1993-cü il təvəllüdlü Tural Vəliyev kirayə yaşadığı evdə bıçaq xəsarəti alıb.

Tural Vəliyev bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib, koma vəziyyətində olduğu üçün onu dindirmək mümkün olmayıb.

İlkin məlumata görə, Tural Vəliyev yıxılaraq qarın nahiyyəsindən xəsarət alıb. Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində araşdırma başlayıb.

Tural Vəliyevin yıxılaraq xəsarət alması və yaxud kiminsə tərəfindən bıçaqlandığı təhqiqat araşdırmaların sonunda məlum olacaq. Məlumata görə, Tural Vəliyev paytaxtda fərdi əməklə məşğul olub.

Hacı Zeynalov


Müəllif: