16 İyun 2014 12:07
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəqiqələrdə Cəlilabad rayonunda böyük və kiçiktutmlu yük avtomobilləri toqquşub. ANS PRESS-in məlumatına görə, Ələt-Astara magistrlının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərkət edən “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn “Shagman” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində “Qazel”də olan sürücü və sərnişinlər Hacıqabul rayon sakiniləri Əhəd Əvəz oğlu Tapdığov, Vüqar Abidin oğlu Heydərov, eləcə də digər bir nəfər ağır vəziyyətdə Cəlilabad və Biləsuvar Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, qəzaya “Shagman”ın sürücüsünün sükan arxasında yuxulu olması səbəbindən baş verib. Qəzanın dəqiq səbəbləri isə araşdırmaların sonunda məlum olacaq./anspress/


Müəllif: