16 İyun 2014 17:52
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Mercedes" "Shevrolet" markalı avtomobilə çırpılıb, 3 nəfər xəsarət alıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobus yol kənarında dayanan "Shevrolet" markalı minik avtomobilinə çırpılıb.

Hadisə zamanı mikroavtobusda yanğın baş verib. Nəticədə 1 sərnişin əl nahiyəsindən yüngül yanıq xəsarəti alıb, mikroavtobusun sürücüsü və digər sərnişini isə müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidmətinə təhvil veriliblər.

Mikroavtobusun qalan hissəsi və minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: