16 İyun 2014 18:32
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə avtomobil yarımtikiliyə girib, 2 nəfər xasarət alıb.

Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün saat 13:30 radələrində Gəncənin 3-cü mikrorayon ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Allahverdiyev küçəsi ilə hərəkətdə olan Gəncə şəhər sakini 30 yaşlı Elşad Bağırov idarə etdiyi "KİA RİO" markalı avtomobillə dönmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq tikilməkdə olan mağazaya girib. Qəza nəticəsində orada işləyən 20 yaşlı Elxan Nəsibov və 23 yaşlı Xəyyam Nağıyev xəsarət alaraq Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdiriliblər.

"Bu xəstələrin dediklərinə görə, maşın bazarının yanında təmir işləri aparan zaman maşınla xəsarət alıblar. Xəstələr müayinədən keçiriliblər. Hər ikisində yüngül bədən xəsarətləri vardır.

Zərəçəkmişlərə tibbi yardım göstərilib, vəziyyətləri kafi olduğundan evə buraxılıblar", - həkim Şahin Quliyevdeyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Müəllif: