17 İyun 2014 15:08

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli biıinən Əbülfəz Məmmədovun məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Binəqədi rayonu Sulutəpə qəsəbəsi Çiçək yaşayış massivində 28 yaşlı Əbülfəz Məmmədov həyat yoldaşı Günel Məmmədovanı öldürüb.

İstintaq araşdırması zamanı müəyyən olunub ki, ər-arvad arasında mübahisə yemə üstündə yaranıb. Günel ərinə boyat yemək verməsi mübahisəyə səbəb olub. Bundan əsəbiləşən ər həyat yoldaşını döyüb. Yaralı ağır vəziyytədə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaqa verdiyi ifadəsində Əbülfəz Məmmədov hadisə günü spirtli içki qəbul edərək evə gəldiyini bildirib. Onların birgə nigahlarından 1 yaşında azyaşlı uşaqları var.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Əbülfəz Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı iyunun 24-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif: