18 İyun 2014 09:34
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzəndə yol qəzası olub, xəsarət alan var.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Qalaşıxı kəndində (rayon mərkəzindən 15 km aralı) "UAZ" markalı yük avtomobili yolun kənarına aşıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil deformasiyaya uğrayıb, sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:55-də başa çatıb.


Müəllif: