18 İyun 2014 10:48
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 16 yaşlı oğlan dənizdə bataraq ölüb. Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunun Şüvəlan qəsəbəsində dənizin nəzarət olunmayan hissəsində Əli Ramin oğlu Səlimov batıb.

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub və axtarışlara başlanılıb. Ə.Səlimovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Müəllif: