2 May 2016 12:23
211

Sumqayıt şəhərində cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini Nəsib Məliklinin işlədiyi “Azərmətbuatyayım” ASC-yə məxsus köşkə gəlmiş naməlum şəxs onu bıçaqla hədələyib və kassadan 850 manat pul aparıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Ariz Əliyev tutulub.

Hacı Zeynalov


Müəllif: