2 May 2016 13:59
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda dənizdə batan balıqçının meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə aprelin 30-da baş verib.

Həmin gün saat 10 radələrində Bakı şəhər sakinləri Namiq Nazarov və Aleksey Çervyakov Suraxanı rayonunun Hövsan qəsəbəsindən balıq tutumaq məqsədi ilə rezin qayıqda “Xəzər” dənizinə çıxıb, əsmiş güclü külək nəticəsində qayıq sıradan çıxıb.

Nəticədə A.Çervyakov üzərək sahilə çıxıb, N.Nazarov isə boğulub. Onun meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: