3 May 2016 16:04
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən İsrail Aşurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin oktyabrın 28-də paytaxtın Nizami rayonunda naməlum şəxs Bakı şəhər sakini Gülnarə Quliyevaya zor tətbiq edib, içərisində 60 manat, mobil telefon və digər əşyaları olan çantasını alıb.

Həmin şəxs hadisə yerini tərk etməyə cəhd göstərərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və 24-cü polis bölməsinə təhvil verilib.

Araşdırmalar zamanı onun Qırğızıstan vətəndaşı İsrail Aşurov olması müəyyən edilib.

Məhkəmənin hökmü ilə İsrail Aşurov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: