3 May 2016 19:52
136

Azərbaycanda avtomobil qaçıranlar daha sərt cəzalandırıla bilərlər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 185-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsinin 185.1-ci bəndində avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmənin (qaçırma) 1000 manatdan 2000 manatadək cərimə və iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Xatırladaq ki, hazırda bu cinayət əməlinə görə pul cəriməsi nəzərdə tutulmur.

Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.


Müəllif: