5 May 2016 09:51
175

Şabran şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin tavanı 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: