5 May 2016 12:52
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində qadını qətlə yetirən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılova evində bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Nahidə İsmayılovaya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qadına 8 bıçaq zərbəsi vurulub. İlkin məlumata görə, Nahidə İsmayılova tanışı tərəfindən bıçaqlanıb.

Cinayəti törədən İlham Abbasov könüllü olaraq polisə gələrək təslim olub. Məlumata görə, İlham öldürülən qadının həyat yoldaşının dostu olub. İlhamla Nahidə İsmayılovanın arasında bir neçə ay əvvəldən münasibət yaranıb.

Amma son günlər Nahidə ilə İlham Abbasovun münasibətlərində gərginlik yaranıb. Sonuncu dəfə qadın öz evində İlhamla görüşən zaman mübahisə baş verib. İlham aralarındakı münasibətə son qoymaq istəyib. Lakin Nahidə buna görə İlhamla mübahisə edib və onu ağır söyüşlərlə təhqir edib. Bu zaman İlham bıçağa əl atıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: