18 İyun 2014 17:06
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nəsimi rayon Məhkəməsində qumarxana təşkil etməkdə ittiham olunan Türkiyə vətəndaşı Alisa Ateş və Mingəçevir şəhər sakini Fariz Nuriyevin məhkəməsi başlayıb.

İttihama görə, təqsirləndirilən şəxsləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Onlar paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif obyektlərdə qumarxana təşkil etmələri müəyyən olunub. Əməliyyat nəticəsində “Çalı Quşu” kafesinə baxış keçirilərkən obyektin qumarxana kimi fəaliyyət göstərməsi aşkarlanıb.

Türkiyə vətəndaşı 64 yaşlı Alisa Ateş ətrafına Gündoğmuş Alişan, Sefer Bayraktar, Mehmet Durmaz, Göçer Tuncay və Mingəçevir şəhərində anadan olan 34 yaşlı Fariz Nuriyevi də cəlb edərək mütəmadi olaraq qumar oyunları təşkil edib. Onlar müştərilərin qumar oyunlarında udduğu pulların bir hissəsinə şərik olublar.

Hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iyunun 19-na təyin olunub.

Hacı Zeynalov


Müəllif: