6 May 2016 15:06
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda törədilən qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi rayonun Vasif Əliyev küçəsi 217 üncanındakı evdə baş verib.

Həmin ünvanda tək yaşayan Bakı şəhər sakini, 41 yaşlı Mirzə Hüseynovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyiti qonşular tapıblar və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

Mirzə Hüseynovun əvvəllər məhkum olunduğu bildirilir. Bir neçə il əvvəl həbsdən azad olunan Mirzə Hüseynov həmin ünvanda tənha yaşayırmış.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Cavadov tərəfindən törədilməsi məlum olub. Elçin Cavadov həbs edilib.

Elçin Cavadovun narkotik istifadəçisi olub. Ehtimal olur ki, həmin gün Elçin Mirzə Hüseynovun yaşadığı evə narkotik istifadə etməyə gəliblər. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı qanlı cinayət hadisəsi baş verib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: