7 May 2016 22:54
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada yanğın hadisəsi baş verib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın mayın 7-si axşam saat 20:50 radələrində rayonun Car kəndində, kənd sakini Fazil Şəfi oğlu Naqqayevin yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 80 kv/m olan yardımçı tikilidə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində yardımçı tikilinin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.


Müəllif: