7 May 2016 23:09
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 2107” markalı avtomobillə “VAZ 21099” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, 1978-ci il təvəllüdlü Əli Əliyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.


Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Müəllif: