18 İyun 2014 18:55
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, reyd zamanı qoruğun Balakən rayon inzibati ərazisinə aid olan Gərəkli sahəsinin 9 saylı dolayında 0.06 hektar sahədə narkotik xassəli bitki olması güman edilən 101 ədəd bitki kolunun əkilib-becərilməsi faktı aşkar olunub.

Faktla bağlı dərhal Balakən rayon Polis Şöbəsinə məlumat verilib və hazırda araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.


Müəllif: