10 May 2016 12:21
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, İmişli rayon sakini Şahin Qurbanov Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzildə münaqişə zəminində qeyri-rəsmi nikah münasibətində olduğu həmyerlisi Gülnarə Ağayevanı bıçaqla qətlə yetirib. O, daha sonra isə özünü asaraq ölüb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Gülnarə Ağayeva Şahinlə daha yaşamaq istəməyib. Bu səbəbdən onların arasında dəfələrlə mübahisə yaranıb. Sonda mübahisə qanlı cinayətlə nəticələnib.

Şahin əvvəlcə həyat yoldaşını qonaq otağında başını kəsib, daha sonra isə özünü hamamda asıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşları huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşların vəfat etdiyi müəyyən olunub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: