10 May 2016 13:30
240

Bakının Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Şirxan Süleymanovun idarə etdiyi “KİA” və Rusiya Federasiyası vətəndaşı Absalutdin Qasanbekovun idarə etdiyi “Volvo” markalı avtomobillər toqquşub.

Nəticədə Şirxan Süleymanovun sərnişini, paytaxt sakini Fərhad Kamilov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Daha bir yol qəzası paytaxtın Səbail rayonunda baş verib. Rayonunun Bibi-Heybət qəsəbəsində Bakı şəhər sakini Nicat Cəfərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Səbail rayon polis idarəsinin 8-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölənin Bakı şəhər sakini Hikmət Cabbarov olması müəyyən edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: