19 İyun 2014 00:17
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Masallı rayonu, Masallı qəsəbəsində bələdiyyəyə məxsus 10 ha biçilmiş taxıl və 2 ha biçilməmiş taxıl sahələri yanıb.


Yaxınlıqdakı 8 ha biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunub. Yanğın saat 20:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: