11 May 2016 14:19
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ələddin Mehdiyev həbs edilib.

Ələddin Mehdiyevdən 601,514 qram heroin götürülüb. Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmış paytaxt sakini Elçin Qurbanov da tutulub, ondan 0,959 qram heroin götürülüb.

Hacı Zeynalov


Müəllif: