11 May 2016 20:58
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır bədən xəsarətləri alan qadın isə xəstəxanaya çatdırılıb.

Gəncə şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Şəhərin Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.

Sürücülərin adları hələlik istintaqla müəyyən edilməyən 20- DP- 812 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil və 15 - BF - 388 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirdilər ki, qəza nəticəsində xəsarət alan Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü İradə Baxşəli qızı Həsənovanın vəziyyəti ağırdır.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Ölümlə nəticələnən sonuncu qəza bir neçə gün əvvəl Bakıda baş verib. Nardaran qəsəbəsində Maştağa qəsəbə sakinləri Rəşad Əsgərovun idarə etdiyi 10- PT- 121 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomaşınla Əlisəttar Mirzəyevin idarə etdiyi 10- UO- 299 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər 2 sürücü və Ə. Mirzəyevin 3 sərnişini, o cümlədən R.Əsgərovun 1 sərnişini Sahib İsmayılov xəstəxanaya yerləşdirilib, onlardan Ağamehdi Mirzəyev orada dünyasını dəyişib.


Müəllif: