12 May 2016 18:21
212

Bakının Nəsimi rayonunda polis əməkdaşı yol qəzası törədib.

Teleqraf.com xəbər verir ki, hadisə C.Hacıbəyli, 45 ünvanını qarşısında baş verib.

Nəsimi rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşı, polis kiçik-çavuşu Əhməd Əfəndiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə qəza törədib.

Hadisə nəticəsində xəsarət alan Əhməd Əfəndiyev Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: