13 May 2016 12:04
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda yerləşən barlardan birində dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.S.Puşkin küçəsi, 2 ünvanında yerləşən barda qeydə alınıb.

Barın işçiləri xuliqanlıq zəminində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İlkin Qəhrəmanovu döyüblər. Məlumata görə, İlkin Qəhrəmanov barda sərxoş vəziyyətdə səs-küy salıb.

Dəfələrlə İlkinə xəbərdarlıq edilməsinə baxmayaraq, o sakitləşməyib. Bundan sonra barın mühafizəçisi kimi təqdim olunan bir neçə işçisi İlkini döyərək, ona xəsarət yetiriblər.

İlkin Qəhrəmanov döyülməsi ilə bağlı Səbail rayon Polis İdarəsinin 39-ci polis bölməsinə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: