13 May 2016 13:09
261

Daxili İşlər Nazirliyi polis bölməsində baş verən ölüm faktı ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə ərizə ilə müraciət edərək, mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döydüyünü bildirib.

Araşdırma ilə əlaqədar 1-ci polis bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov bölmənin həyətindəki oturacaqda infarktdan ölüb.

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Zaur Sultanovun ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: