13 May 2016 14:55
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun M.Cəlal küçəsi, ev 37 ünvanını qarşısında baş verib.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Nəcim Babayev qonşusu, Kəmaləddin Kəlbəliyevi bıçaqlayıb. O, bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən cinayəti törədən Nəcim Babayev tutulub. Hadisə zamanı Nəcim Babayev sərxoş olub. O, sərxoş olduğu vaxt qonşusu ilə heç bir səbəb olmadan mübahisə edib. Mübahisə sonda cinayətlə nəticələnib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Hacı Zeynalov


Müəllif: