14 May 2016 12:30
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi evlərdən oğurluq edən şəxsi yaxalaya bilib.

Teleqraf.com xəbər verir ki, mayın 5-də Bakı şəhər sakini Natiq Hüseynova məxsus evdən 1000 manat pul oğurlanıb.

Natiq Hüseynov baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə məlumat verib. Xətai Rayon Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmyerlisi Sadiq Süleymanov tutulub.

Onun başqa cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.

Hacı Zeynalov


Müəllif: