14 May 2016 21:25
164

Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Toğanalı avtomobil yolunun yeni Zod kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 21011” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sərnişin, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Şahin Həşimov xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ş. Həşimovun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: