19 İyun 2014 13:10
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda qadına basqın olub.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini Bəybala Namazov keçmiş arvadı Güləbətin Məmmədovaya zor tətbiq edib və onun içərisində qızıl əşyalarını alıb. O, həmçinin keçmiş arvadının işlədiyi şirkətə məxsus 5000 manat olan çantanı da əlindən alıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Namazov saxlanılıb.

Hacı Zeynalov


Müəllif: