17 May 2016 00:16
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi mayın 16-da Qaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Qax rayonu ərazisində “Belarus" markalı traktor və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.


Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə, xilasedicilər deformasiyaya uğramış “Niva" markalı minik avtomobilindən 1927-ci il təvəllüdlü Səlihəd Rüstəm qızı Muradova, 1959-cu il təvəllüdlü Xanpəri Murad qızı Muradovanın cəsədini və yaralı vəziyyətdə olan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:27-də başa çatıb.


Müəllif: