19 İyun 2014 13:22
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bacısını öldürən qardaş tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də Çaparlı kəndində Nəsibə Tağılını qətlə yetirmiş qardaşı Adil Tağıyev tutulub.

Qeyd edək ki, Nəsibə Tağılının meyiti evindən tapılıb. Onu şəxsi münasibətlər zəminində qardaşı, 25 yaşlı Adil Tağıyev tərəfindən öldürülməsi məlum olub. Adil Tağıyev istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. O, bacısını qısqanclıq zəminində öldürdüyünü deyib.

Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif: