19 İyun 2014 13:33

Şəmkir rayonunda yaşayış evindən külli miqdarda pul oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Xanlar Hümmətovun evindən 1100 manat və 11000 manat dəyərində qızıl əşyalar oğurlamış Yeni Həyat kənd sakini Amil Həsənov tutulub.

Hacı Zeynalov


Müəllif: