17 May 2016 13:49
271

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gəncə prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Əli Dadaşov yaşadığı evdə özünü iplə asaraq ölüb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayıb. Əli Dadaşovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: