19 May 2016 10:29
1 254

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Azadlıq prospektində qeydə alınıb.

Quba rayon sakini, 1969-cu il təvəllüdlü Bahar Məmmədova Azadlıq prospektində naməlum şəraitdə bıçaqlanıb. Bahar Məmmədova bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Vaxtında tibbi yardım ghöstərildiyi üçün Bahar Məmmədovanın həyatını xilas etmək mümkün olub. Vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb.

Bu səbəbdən də Bahar Məmmədovanın kimin tərəfindən və hansı səbəbdən bıçaqladığı məlum deyil.
Hazırda 16-ci polis bölməsinin əməkdaşları Bahar Məmmədovanı bıçaqlayan şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: