20 May 2016 12:07
185

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Kərim Əzizov özünü yaşadığı evdə asaraq ölüb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar olub. Kərim Əzizovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: