20 May 2016 14:36
1 212

Kürdəmir rayon İcra Hakimiyyətinə məxsus Qonaq Evində ölüm hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, bu gün səhər saatlarında Qonaq Evində bağban işləyən 60-65 yaşlı Əlismayıl Sadıqovun halı qəfil pisləşərək dünyasını dəyişib.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov faktı təsdiqləyərək bildirib ki, Əlismayıl Sadıqovun səhhətində problem olub: "Bağban işləyirdi. Səhər işdə olanda xəbər gəldi ki, dünyasını dəyişib. Həkimlə onun infarkt keçirdiyini bildirib. Allah rəhmət eləsin, yaxınlarına səbr diləyirəm".

Kürdəmir rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Elşən Əzizov Teleqraf.com-a açıqlamasında bildirib ki, Əlismayıl Sadıqov icra hakimiyyətinə məxsus Qonaq Evində bağban işləyib: "Bu gün səhər saatlarında Sadıqovun halı pisləşib və dərhal Təcili Yardıma müraciət olunub. O, xəstəxanaya aparılarkən yolda keçinib. Həkimlər Əlismayıl Sadıqovun ürək tutmasından dünyasını dəyişdiyini bildiriblər"

Ayxan


Müəllif: