23 May 2016 12:29
1 467

Bakının Suraxanı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Şıxəli Əliyev həbs edilib.

Şıxəli Əliyevin Binə qəsəbəsindəki evinə baxış zamanı 5 kiloqram 16,56 qram marixuana, həyətyanı sahəsinə baxış zamanı isə aqrotexniki qaydada becərilmiş 11 ədəd çətənə kolu da aşkar edilib.

Balakən rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Amid Atayevin Tülü kəndindəki evinin həyətində aqrotexniki qaydada dipçəkdə becərilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: