23 May 2016 18:45
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bilgəh qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Seymur Babayev, 1993-cü il təvəllüdlü İxtiyar Məmmədov, 1991-ci il təvəllüdlü Tərlan Quliyev və 1975-ci il təvəllüdlü Gülnarə Babayeva mübahisə ediblər. Mübahisə zamanı onlar bir bir-birilərini döyüblər.

Tərlan Quliyev və İxtiyar Məmmədovda xəsarətlər daha ağır olub və onların hər ikisi xəstəxanaya yerləşdirilib. Hadisə Gülnarə Babayevanın üstündə baş verdiyi bildirilir.

İxtiyar və Tərlan Gülnarə Babayevaya söz atıblar. Bu zaman Gülnarənin yaxını olan Seymur Babayev söhbətə qarışıb. Sonda onların mübahisəsi cinayətlə nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: