24 May 2016 14:00
185

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları silah-sursatla bağlı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində Tərtər rayon sakini Eldəniz Abbasovdan “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Bundan başqa, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsində yaşayan Coşqun Babayevin evinə baxış zamanı “AK-74” markalı silah və 28 ədəd patron aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: