25 May 2016 10:15
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1998-ci il təvəllüdlü İsmət Vəliyev 1999-cu il təvəllüdlü Ərşad Quliyev tərəfindən bıçaqlanıb. Ərşad Quliyev cinayəti törədəndən sonra hadisə yerindən qaçıb.

Hadisədən əvvəl yeniyetmələr arasında qız üstündə mübahisə baş verdiyi bildirilir.

Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Ərşad Quliyev tutulub.

Hacı Zeynalov


Müəllif: