25 May 2016 15:50
400

Bakının Sabunçu rayonunda 82 yaşlı kişi itkin düşüb.

Teleqraf.com xəbər verir ki, Ramana qəsəbəsi, Südçülük sovxozu, yeni tikilidə yaşayan 1934-cü il təvəllüdlü Vəli Məhəmməd oğlu Qarayev yoxa çıxıb.

Vəli Qarayev mayın 20-də, saat 14.00-da evdən çıxıb və bir daha geri qayıtmayıb. 82 yaşlı kişinin yoxa çıxdığını görən ailə üzvləri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat veriblər.

Hazırda polis itkin düşən 82 yaşlı kişinin tapılması üçün tədbirlər görür.

Hacı Zeynalov


Müəllif: