26 May 2016 13:10
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti terror təşkilatının tərkibində döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları – Rufan Ağcabəyov və Martin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizlik Xidməti) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Rufan Ağcabəyov və Martin Vladimir həbs ediliblər.

Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.

Müəyyən edilib ki, Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra məlum olub ki, təqsirləndirilən şəxslərdən birinin vəkili prosesdə iştirak etmir və bu səbəbdən hazırlıq iclasının davamı mayın 27-nə keçirilib.

Hacı Zeynalov


Müəllif: