26 May 2016 13:58
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda yaşayış evinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs rayon sakini Eldar Qurahilovun yaşadığı evə girib və ona bıçaqla əl nahiyəsindən xəsarət yetirib. Həmin şəxs evdən 27 manat pul aparıb.

Balakən rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən rayon sakini Qurban Ağammədov tutulub.

Onun mayın 23-də rayon sakini Sanur Balaşovanın evinə girib onu döyməsi və bıçaqla hədələyərək oradan 65 manat pul aparması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: