27 May 2016 11:47
11 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda əxlaqsızlıq yuvasının aşkar olunması ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, rayonun X.Məmmədov küçəsində yaşayan 1974-cü il təvəllüdlü Kəmalə Paşayevanın öz evində əxlaqsızlıq yuvası təşkil etməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları həmin ünvanda əməliyyat keçiriblər. Əməliyyat zamanı Kəmalə Paşayevanın həmin ünvanda Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü A. Ə.-ni fahişəliyə cəlb etməsi məlum olub.

25 yaşlı qadın Kəmalə Paşayevanın mənzilində otaqlardan birində müştərisi ilə görüşərkən polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: