27 May 2016 12:01
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini İnqilab İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi İmamverdi Vəliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: