27 May 2016 14:39
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda 19 yaşlı qız itkin düşüb.

Teleqraf.com xəbər verir ki, X.Məmmədov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Nigar Axundova evdən çıxıb və bir daha geri qayıtmayıb.

Nigar Axundovanın mayın 24-də, saat 09.00-da evdən getdiyi bildirilir. Ailəsi ondan xəbər ala bilmir.

Hazırda Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları itkin düşən qızın tapılması üçün tədbirlər görürlər.

Hacı Zeynalov


Müəllif: