28 May 2016 16:53
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Köçərli kəndində qeydə alınıb.

Mansur Kərimli idarə etdiyi “Zoomlion” markalı qaldırıcı kran vasitəsilə beton plitələri Mahir Orucovun idarə etdiyi “Shacman” markalı avtomobilə yükləyib. Bu zaman beton plitə Mahir Orucovun üstünə düşüb. O xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: